Şəkidə 4 yaşlı uşaq müəmmalı şəkildə ölüb


23:01     03 Dekabr 2017 astarada-3-yasli-usaq-facievi-sekilde-olub.jpg

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.


Ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 749