Göygöldə ağır qəza - Avtomobil aşdı
03:06 29 Sentyabr 2016
Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Vahid Ələsgərov müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. V. Ələsgərova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Apa)
Femida.az
Oxunub: 1275
Oxşar xəbərlər
- Göygöldə 22 yaşlı gənc intihar edib
- Göygöldə restoran yandı
- Göygöldə yük maşını yandı
- Göygöldə hamam yanıb
- Göygöldə Gəncə sakini döyüldü
- Göygöldə öldürülən qadınlarla bağlı RƏSMİ AÇIQLAMA
- Göygöldə iki qadın öldürüldü - Birinin başı kəsilib
- Göygöldə 2 maşın toqquşub
- Göygöldə 3 maşın qəzaya düşdü
- Göygöldə yanğın olub