Gecə Bakıda bir neçə yerdə yanğın olub


13:49     29 Sentyabr 2016 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 964