Baş nazirdən turistlərlə bağlı - Qərar


18:07     11 İyul 2015 841346_434848.jpg

Baş nazir Artur Rasizadə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nı təsdiq edib.


Femida.az xəbər verir ki, bu qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər. Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir.

Akkreditasiyadan keçmiş, akkreditasiyası qüvvədən düşmüş və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Mədəniyyət və Turizm Nazirliyinin internet səhifəsində, habelə Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilir.

Açar sözlər:

Oxunub: 789