15 yaşlı atlını maşın vurdu - Balakəndə


14:33     30 Sentyabr 2016 sekil_at.jpg

Balakəndə 15 yaşlı atlını maşın vurub.


Sentyabrın 29-u saat 21.00 radələrində Talalar kəndində rayon sakini, Murtuzəli Hacı oğlu Mustafayev idarə etdiyi “VAZ 21074” markalı 90 DB 907 dövlət nömrə nişanlı avtomobil ata çırpılıb. Nəticədə at ölüb, atı sürən Talalar kənd sakini, 2001-ci il təvəllüdlü Gümrah Mahir oğlu Osmanov isə aldığı xəsarətlə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

RMX-dan APA-ya verilən məlumata görə, Murtuzəli Mustafayevə baş-beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1122