İntihara cəhd edən məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA


22:36     02 Oktyabr 2016 img2207331.jpg

Abşeron Rayon Təhsil Şöbəsi intihara cəhd etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.


Femida.az xəbər verir ki, Şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova Qafqazinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

"Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər", - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahidin iki aldığına görə intihara cəhd etdiyi deyilir. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.

Açar sözlər:

Oxunub: 1191