İntihara cəhd edən qadın xəstəxanada öldü


13:23     14 Yanvar 2017 xestexana_012541.jpg

Sirkə turşusu içərək xəstəxanaya yerləşdirilən Hacıqabul sakini xəstəxanada ölüb.


Yanvarın 10-da Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı sirkə turşusu içərək intihar cəhd edib. Həmin gün sirkə turşusundan kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zöhrə Məmmədova səhər saatlarında dünyasını dəyişib.

İntihara səbəb müayinə zamanı qadına onkoloji xəstəlik diaqnozunun qoyulması olub.

Femida.az

Açar sözlər:

Oxunub: 4486