Baş naziri daşa basdılar Fotolar


03:31     12 İyul 2015 nazir3.jpg

Bosniyada 20 il əvvəl baş verən Srebrenitsa kütləvi qırğın qurbanlarının xatirəsini anmaq üçün matəm mərasimləri keçirilib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, matəmdə Serbiyanın baş naziri Aleksandar Vuçiç də iştirak edib. Srebrenitsa abidəsinə çiçək qoyan baş nazirə ayaqqabı, daş və şüşə atılmağa başlanılıb. Aleksandar Vuçiç eyni zamanda matəm iştirakçılarının arasından keçərkən dəhlizdə təpiklərə məruz qalıb, onun eynəyi sınıb. Mühafizəçilər baş naziri çətir və çantalarla qorumağa çalışıb.

Mövzuyla əlaqədar Sebriya xarici işlər naziri Ivica Daciç açıqlama verib. O, baş nazirin tam bir dövlət adamı kimi hərəkət etdiyini, bu məsələnin siyasiləşməsinin mənasız olduğunu bildirib.

Qeyd edək ki, 1995-ci il iyulun 11-də Bosniyadakı üç illik müharibədən sonra serb qoşunu müsəlman anklavında minlərlə insanı qətlə yetiriblər.

Açar sözlər:

Oxunub: 873