5 gündür əməliyyatlar davam edir


22:33     07 Oktyabr 2016 emeliyyat51.jpg

Əfqanıstanın şimalındakı Qunduz şəhərinin "Taliban" terrorçu qruplaşması tərəfindən ələ keçirilməsindən sonra əməliyyatlar 5 gündür davam edir.


Qunduz Şəhər Təhlükəsizlik İdarəsinin rəisi ordu generalı Qasim Yunqalbağ hökumət qüvvələrinin şəhərin şərq və qərb istiqamətlərində dünən gecədən əməliyyatlar keçirdiyini diqqətə çatdırıb. General bildirib ki, əməliyyatlarda 5 təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olub, 7 nəfər isə yaralanıb.

Bölgədə yaşayan insanların artıq köç etməyə başladığı vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 1179