Rusiyada hərbi kazarma dağılıb - 23 ölü


17:52     13 İyul 2015 rus6.jpg

Rusiyanın Omsk vilayətində hava-desant qüvvələrinə aid hərbi hissədə dördmərtəbəli kazarma binasının uçması nəticəsində 18 nəfər həlak olub. Ümumilikdə dağıntılar altından 37 nəfər çıxarılıb.


Femida.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov digər 19 nəfərə hazırda tibbi yardım göstərildiyini bildirib. O, dağıntılar altında beş nəfərin qaldığını deyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Rusiya prezidenti Vladimir Putin ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq məlumatlandırılır.

Rusiya prezidenti müdafiə naziri Sergey Şoyquya xəsarət alanlara lazımı tibbi yardımın göstəriləməsi barədə tapşırıq verib.

Açar sözlər:

Oxunub: 828