Dostunu güllələdi, özünü qismən təqsirli bilir


19:58     10 Oktyabr 2016 1438325357_neftchalada-gullelenme-hadisesi-bash-verib.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V. Şirinov ittihama münasibət bildirərək, özünü qismən təqsirli bilib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi V. Şirinov tərəfindən güllələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 1411