Dostunu pula görə bıçaqladı


01:49     06 Mart 2017 bicaqlanma2.jpg

Şəmkirdə bıçaqlanma olub.


Rayonun Ələsgərli kənd sakini 1988-ci il təvəllüdlü Xəlilov Bəhruz Aydın oğlu bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala əsasən, B.Xəlilov dostu tərəfindən pul üstündə bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1346