Parkda özünü asdı, insanlar isə... - Bakıda müəmmalı hadisə
14:58 11 Oktyabr 2016
Bakıda intihara cəhd olub.
Nizami rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, hadisə ötən gecə rayonun Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Naməlum kişi həmin küçədə yerləşən parkdakı tikilidə özünü asıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində o dərhal xəstəxanaya çatdırılıb. Şəxsiyyəti hələlik müəyyən edilməmiş 50-55 yaşlarında olan naməlum kişinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 2093