Parkda gecələdi, başına iş gəldi
20:44 11 Oktyabr 2015
Bakıda parkda gecələyən şəxsin telefonu oğurlanıb. Femida.az-ın məlumatına görə, Tərtər rayon sakini, 1994-cü il təvəllüdlü Tağızadə Osman Mehman oğlu 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, Şövkət Ələkbərova küçəsində yerləşən parkda (6 nömrəli məktəbin qarşısı) telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Şikayətçi qeyd edib ki, gecə həmin parkdakı skameykada yatıb və səhər 6 radələrində yuxudan oyananda cibindəki "Nokia C5" markalı telefonun oğurlandığını görüb.
Müraciət əsasında araşdırma aparılır.
Oxunub: 712