Deputatlarımız Yaponiyaya gedir


23:43     14 Oktyabr 2016 milli-meclis6.jpg

Milli Məclisin deputatları Muxtar Babayev və Kamran Nəbizadə oktyabrın 16-da Yaponiyaya səfər edəcəklər.



Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, millət vəkilləri Yaponiya parlamentində qanunvericilik orqanının strukturu, iş prinsipləri, deputatların fəaliyyəti ilə yaxından tanış olacaql ar.

Nümayəndə heyəti yaponiyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin əhəmiyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 21-də başa çatacaq.

Açar sözlər:

Oxunub: 863