Daha bir təyyarə qəzası: Ölənlər var
02:58 15 Oktyabr 2016
Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə "CBC News" məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsinin sədri Bill Yervud jurnalistlərə bildirib ki, təyyarə Keloun şəhərindən Sprinqbenk aeroportuna uçurmuş. Lakin o, səmaya qalxdıqdan sonra radarlardan itib.
Bir qədər sonra operativ xidmətin əməkdaşları hava gəmisinin qalıqlarını aşkar ediblər.
"Reuters"in məlumatına görə, Kanada parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Oxunub: 1114
Oxşar xəbərlər
- Daha bir avtobus qəzası - Piyada öldü
- Daha bir yol yenidən qurulur
- Daha bir yaşlı insanı maşın vurub
- Daha bir piyada ölümü - `20 Yanvar`da
- Daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
- Daha bir metro stansiyası təmirə bağlanır
- Daha 3 rayonda ASAN Xidmət açılacaq
- Daha bir ölkə səfirliyini Qüdsə köçürdü
- Daha bir küçə təmirə bağlanır
- Daha bir jurnalist vaxtsız vəfat etdi