Şəkidə maşın 2 piyadanı vurub - Ölən var
21:12 17 Oktyabr 2016
Şəkidə avtomobil iki piyadanı vurub.
Hadisə bu gün günorta saatlarında rayonun Vərəzət kəndi ərazisində qeydə alınıb.
Vərəzət kənd sakini Rizvan Etibar oğlu İbrahimov idarə etdiyi “Mercedes” markalı, 10 XE 885 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadaları - Vərəzət kənd sakini, 2001-ci il təvəllüdlü Təmraz Mahir oğlu Mustafayevi və Baş Zəyzid kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Mövlan oğlu Həbubullayevi vurub.
Rizvan İbrahimov piyadaları vurduqdan sonra idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara çırpıb. 15 yaşlı Təmraz Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada Valeh Həbibullayev isə kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)
Femida.az
Oxunub: 1061
Oxşar xəbərlər
- Şəkidə dağda yanğın başladı - Foto
- Şəkidə faciə: Quyuya düşən qadın yanıb öldü
- Şəkidə gənc qonşusu tərəfindən bıçaqlanıb
- Şəkidəki faciənin təfərrüatları - Rusiyadan qonaq gələn qadınlarla...
- Şəkidəki qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşıdır
- Şəkidə 3 yaşlı qız müəmmalı şəkildə öldü - VİDEO
- Şəkidə 57 yaşlı kişi intihar edib
- Şəkidə qanunsuz iki cüyür ovlayıblar
- Şəkidə 4 yaşlı uşaq müəmmalı şəkildə ölüb
- Şəkidə 7 otaqlı evdə yanğın olub