Zaqatalada piyada vurulub


14:03     19 Oktyabr 2016 piyada%20qeza.jpg

Zaqatalada 33 yaşlı kişi avtomobillə həmkəndlisini vurub.


Femida.az xəbər verir ki, hadisə oktyabrın 18-i axşam saatlarında rayonun Muxax kənd ərazisində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əfqan Şəmsəddin oğlu Süleymanov idarə etdiyi “Mercedes” markalı, 62 BH 974 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının hərəkət zolağına çıxan piyada, həmkəndlisi 1956-cı il təvəllüdlü Mahmud Məmmədşərif oğlu Musayevi vurub.

M. Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatologiya şöbəsinə yerləşdirilib.

Ona lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1068