Azərbaycanda NATO təlimləri keçirilir


01:45     21 Oktyabr 2016 bakidanato.jpg

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.

Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1575