Xalq artistinin oğlu faciəli şəkildə öldü


04:23     22 Oktyabr 2016 1477080915_sadsafa.jpg

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.


Femida.az-ın Musavat.com-a istinadən məlumatına görə, onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

Açar sözlər:

Oxunub: 6350