Rusiyada partlayış - 3 ölü
13:44 23 Oktyabr 2016
Rusiyanın Ryazan şəhərində oktyabrın 22-dən 23-nə keçən gecə yaşayış binasında qazın partlaması nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 04.36-da (Bakı vaxtı ilə 05.36-da) Birinci Osenni küçəsində yerləşən yaşayış binasında baş verib. Məlumata görə, güclü partlayış nəticəsində binanın iki mərtəbəsi uçub. Hadisə nəticəsində biri uşaq olmaqla 10 nəfər xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri davam edir.
Oxunub: 1513
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada faciə - 5 uşaq yanıb öldü
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır