Bu günə olan rəsmi valyuta məzənnələri


13:29     24 Oktyabr 2016 1435553447_dollar-bahalashdi-avro-ise-ucuzlashdi.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.


AMB-dən Femida.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 21-i ilə müqayisədə 0,37% bahalaşaraq 1,6150 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,03% möhkəmlənərək 1,7549 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 21-i ilə müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,06% zəifləyərək 0,5245 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9705 manatdır. Beləliklə, funt sterlinq 0,04%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,16% bahalaşaraq 0,6829 manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1052