Misir səfiri Bilik fondunda olub


22:59     24 Oktyabr 2016 misir%20sefir.jpg

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.


Bu barədə Misir səfirliyindən Femida.az-a daxil olan məlumatda bildirilir.

Səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin də iştirak etdiyi görüşdə xanım səfirə Bilik Fondunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin səfirliyin əməkdaşları üçün Bilik Fondu tərəfindən Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olundu.

Femida.az

Açar sözlər:

Oxunub: 1131