Prezidentin Bakı səfəri başa çatıb


21:10     25 Oktyabr 2016 56c27a4a847135c4b712fb97099f4ddd0.jpg

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri başa çatıb.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidentini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 957