Dəm qazı faciəyə səbəb oldu


00:35     27 Oktyabr 2016 dem%20qazi.jpg

Qobustanda bir nəfər dəm qazının qurbanı olub.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, Qobustanın Cəyirli kənd sakini Fikrət Şəmiyev yaşadığı evin hamamında dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən zaman hava küləkli olub. Qazla işləyən su qızdırıcı sönüb və hamamın yuyunma otağına dəm qazı dolub. Nəticədə hamamda yuyunan Fikrət Şəmiyev boğulub.

Cəsəd müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1012