Qızıl kəskin ucuzlaşacaq
02:14 27 Oktyabr 2016
Qızılın unsiyasının qiyməti 2017-ci ilin hər rübündə düşərək son rübdə 1100 dollar/unsiyaya geriləyəcək.
"Bloomberg" agentliyinin xəbərinə görə, belə bir proqnoz Çinin "Oversea-Chinese Banking Corp." bankı tərəfindən verilib.
Bu bank 2016-cı ilin III rübündə "Bloomberg" agentliyi tərəfindən keçirilən qızıl proqnozu sorğusunda ilk sırada yer alıb. Bank verilən proqnozla əlaqədar bildirib ki, qızılın qiymətinin düşməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında böyük ehtimalla uçot dərəcələrini artıracağı və dolların məzənnəsinin getdikcə yüksələcəyidir.
Xatırladaq ki, hazırda qızılın unsiyasının qiyməti bankın gələn ilin sonu üçün verdiyi proqnozdan 16% çox, yəni 1276 dollar/unsiya təşkil edir. "Oversea-Chinese Banking Corp."un baş iqtisadçısı Barnabas Ganın sözlərinə görə, "Qızılın qiyməti bu il FES-in faizləri artırmaması səbəbindən yüksəldi. Amma, artıq FES dekabr ayından başlayaraq uçot dərəcələrini artırmağa davam etməsi ilə qızılın qiymətinin yenidən düşəcəyi gözlənilir". (Virtualaz.org)
Femida.az
Oxunub: 1133
Oxşar xəbərlər
- Aİ Rusiya qızılının ixracına qadağa qoyub
- Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...
- Avstraliya Rusiyadan qızıl idxalını qadağan edib
- Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- Azərbaycanda oyuncaq tapança ilə mağazaya basqın olub, 45 min manatlıq qızıl aparılıb
- Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb