Bacısının ərinə qoşulub qaçan qız tapıldı
19:02 31 Oktyabr 2016
Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb. Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğluna qoşulub qaçdığı deyilən A.Nağıyeva özü polis şöbəsinə gəlib. Hazırda A.Nağıyevanın haraya və nə məqsədlə getdiyi araşdırılır.
A.Nağıyevanın qoşulub qaçdığı deyilən Ə.Məmmədov isə hələlik tapılmayıb və onun harada olduğu bilinmir.
Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı.
Femida.az
Oxunub: 1189
Oxşar xəbərlər
- Bacısının evindən qızıl və pul oğurladı
- Bacısının ərini və qayınatasını güllələdi
- Bacısının həyat yoldaşını öldürdü - Bakıda növbəti qətl
- Bacısının ərini öldürən şəxs məhkəməyə şikayət etdi
- Bacısının başını kəsən qız azadlıqda — ŞOK
- Bacısının əriylə qaçan 15 yaşlı qız - “Məni də başa düşün”
- Bacısının əri ilə qaçan qıza qadağa - Polis onu axtarır
- Bacısının əri ilə qaçan qızın atası infarkt keçirdi
- Bacısının toyu üçün gətirdiyi soyuducuda öldü - Tovuzda dəhşət
- Bacısının evindən 250 manat oğurladı, saxlanıldı