Bacısının ərini öldürən şəxs məhkəməyə şikayət etdi


15:42     25 Fevral 2017 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində bacısının həyat yoldaşını öldürən Ziya Əzizovun apellyasiya şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, məhkəmə onun cəzanın azaldılması barədə şikayətini təmin etməyib və hökm qüvvəsində saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Əzizov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Z. Əzizov bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovu aralarında borc üstündə yaranmış münaqişə nəticəsində bıçaqlayaraq öldürüb.

Açar sözlər:

Oxunub: 1003