Gənc qadının intihar səbəbi - Votsapda


15:07     01 Noyabr 2016 xestexana_875.jpg

Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub.


Femida.az Musavat.com-a istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O özünü atmazdan əvvəl Votsapla keçmiş sevgilisinə vida ismarışı da yazıb.

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 2516