Azərbaycanda 50-dən çox uşaq küçəyə atılıb


18:30     02 Noyabr 2016 big_1419502316_usaq.jpg

"İl ərzində Ə. F. Qarayev adına Klinik Uşaq xəstəxanasına müayinə üçün 50 atılmış uşaq gətirilib"


Femida.az xəbər verir ki, bunu xəstəxananın baş həkimi Azər Xudiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməliyyatların daha çox 5 yaşdan yuxarı uşaqlar üzərində aparılması məsləhətdir: "Ancaq hansısa fəsadlar olsa, əməliyyatın yaş yarımdan yuxarı olan uşaqlarda da aparılmasına icazə verilir".

Baş həkim deyib ki, bu ilin 9 ayı ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında otorinolarinqologiya sahəsi üzrə lal-karlığı olan 20 uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb və bu ilin sonuna kimi 14 belə xəstə uşağın əməliyyat olunması nəzərdə tutulur.

A.Xudiyev vurğulayıb ki, bu il xəstəxanaya müayinə üçün 50 atılmış uşaq gətirilib: "Yeni doğulan uşaqlardan imtina edildikdə onlar xəstəxanaların həyətinə atılır. Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra müayinə üçün bizim xəstəxanaya gətirilir. Həmin uşaqlar əksər hallarda pnevmaniya (sətəlcəm) ilə bizə daxil olur. Eyni zamanda, onlar dəri-zöhrəvi və digər xəstəliklərlə bağlı müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var".

Femida.az

Açar sözlər:

Oxunub: 1314