Gələn il 3 milyon uşaq xəstəliklərdən öləcək
00:42 04 Noyabr 2016
2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək.
Bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir.
Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür. Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir. Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır.
Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır. (Apa)
Femida.az
Oxunub: 1176
Oxşar xəbərlər
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - Gələn il yanvarın 1-dən... VİDEO
- ETSN: Gələn həftə havanın temperaturu bir qədər də yüksələcək
- Lavrov gələn həftə Azərbaycana səfər edəcək
- ABŞ gələn həftə Ukraynaya yeni raket sistemləri göndərə bilər
- Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var
- Səfirlik Ukraynadan Polşaya gələn azərbaycanlılara müraciət edib