Bayram günü cəbhədə TƏXRİBAT
13:06 09 Noyabr 2016
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Ermənistan Respublikası İcevan və Noyemberyan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, işğal altında olan Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 2014
Oxşar xəbərlər
- Bayram günü rayona gedən qonşularının evini yardı - FOTO
- Bayram günlərində 16 mindən çox sərnişin daşınıb
- Bayram günləri yol qəzaları - 9 ölü, 45 yaralı
- Bayram günlərində 6 nəfər öldü, 32 nəfər xəsarət aldı
- Bayram gecəsi 12 nəfər tutuldu
- Bayram gecəsi həmyerlisini güllələdi - Sabirabadda
- Bayram günü özünü asdı
- Bayram günləri sürücülər postlarda istirahət edə biləcək
- Bayram günləri hava necə keçəcək? - XƏBƏRDARLIQ
- Bayram günlərində telefonlar borca görə bağlanmayacaq