Dövlət Neft Fondu sığorta şirkəti seçir


14:07     09 Noyabr 2016 neft%20fondu.jpg

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Tibbi sığorta xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.


Fonddan Femida.az -a verilən məlumata görə, “Dövlət satınalmaları haqqında” qanuna əsasən açıq tender ARDNF-nin əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir. Satın alınacaq xidmətlər Azərbaycanda göstərilməlidir.

Tender proseduru 6 dekabr 2016-cı il, yerli vaxtla saat 11:00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.

Tenderdə iştirak üçün ərizə, podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, podratçının ixtisas göstəricilərinə dair məlumat, tender təklifi (tender təklifi qiymətinin 1%-i həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə), podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı müvafiq quruma təqdim edilməlidir.

Podratçılardan tələb olunan sənədlər noyabrın 22-də saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə dekabrın 5-dək saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə ARDNF-ə təqdim edilməlidir. Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün tibbi sığorta sahəsində ən azı 5 illik təcrübəyə, texniki və maliyyə imkanlarına və idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcək. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

Tenderdə iştirak etmək istəyən podratçılar tərəfindən 100 manat iştirak haqqı ödənildikdən sonra, onlara tenderin əsas şərtlər toplusu təqdim ediləcək. İştirak haqqı heç bir halda geri qaytarılmır. Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1238