Ordumuzun təlimləri davam edir - FOTOLAR
20:50 13 Noyabr 2016
Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "həyəcan" siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.
Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Femida.az
Oxunub: 3419
Oxşar xəbərlər
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuzun genişmiqyaslı təlimləri başlayır
- Ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı təsis olunub
- Ordumuzun ermənilərə ağır zərbəsinin görüntüləri - VİDEO
- Ordumuzun100 illiyi əbədiləşdirilir
- Ordumuzun 8 itki verməsi iddialarına - Nazirlikdən cavab
- Ordumuzun şərəfinə yeni medal təsis olunur