Qubada qəza - 1 ölü


03:13     15 Noyabr 2016 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib20.jpg

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində “VAZ” markalı minik avtomobilin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:54-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1541