Məktəb direktoru və şagird arasında nə baş verib? - Rəsmi açıqlama


18:33     16 Noyabr 2016 12801127_1704630503147483_3714993336768351255_n%20(1).jpg

Zərdab Rayon Təhsil Şöbəsi məktəblini zorlamaqda ittiham olunan direktorla bağlı məlumat yayıb.


Femida.az-a daxil olan məlumatda qeyd olunur ki, Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görmüş və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, haqqında cinayət işi açılmayıb. Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilmiş və heç bir təcavüz halının olmadığı müəyyən edilib.

Açar sözlər:

Oxunub: 2514