Elnur Aslanov işdən çıxarılıb - SON DƏQİQƏ


20:22     18 Noyabr 2016 cms-image-000015907.jpg

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb.


Femida.az Modern.az-a istinadən xəbər verir ki, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Məlumatı Nazirliyin mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezidentinin Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 7540