Elnur Hüseynzadənin azad edilməsi üçün tədbirlər görülür - RƏSMİ (YENİLƏNİB)


18:13     02 Fevral 2017 bqxk-1.jpg

Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.


Bu barədə Femida.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13:38

“Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələ ilə bağlı media məlumatlarını yaxından izləyir”.

Femida.az xəbər verir ki, bu sözləri BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, məlumatlar təsdiq olunarsa, BQXK öz mandatına uyğun olaraq saxlanma şəraiti və rəftarı monitorinq etmək və ona ailəsi ilə əlaqə qurmaq imkanı yaratmaq üçün saxlanan şəxsə baş çəkməyə hazırdır.

Xatırladaq ki, erməni tərəfi Azərbaycan ordusunun əsgəri Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə E. Hüseynzadənin bir müddət əvvəl ordudan tərxis edildiyini və hazırda hərbi qulluqçu olmadığını açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4008