4 yaşlı uşağı maşın vurub, vəziyyəti ağırdır


00:18     21 Noyabr 2016 masin%20vurdu.jpg

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini, 2012-ci il təvəllüdlü Nəsrullayev Şahmar Azər oğlunu maşın vurub.

Azyaşlı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1027