Üç gün əvvəl vurulan piyada ölüb


17:11     21 Noyabr 2016 piyada18.jpg

Noyabrın 19-da saat 23 radələrində paytaxtın Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, qəsəbə sakini Ələkbər Cabbarov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Bahəddin Aşurəliyevi vurub.

Xəstəxanaya yerləşdirilən B.Aşurəliyev dünən orada ölüb.

Faktla bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1012