BDU məzunlarına ikili diplom verildi


18:29     01 Dekabr 2016 DSC_0091-(1).jpg

Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa hüququ magistr proqramının növbəti məzunlarına "ikili diplom" verilməsinə həsr olunmuş tədbir keçirilib.


Femida.az bildirir ki, Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində Avropa hüququ ixtisası üzrə yeni magistratura proqramının fəaliyyət göstərdiyini, onun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Proqramın əhəmiyyətindən danışan professor Exard Paxen layihənin reallaşdırılması üçün maliyyə dəstəyinin Almaniyanın DAAD təşkilatı tərəfindən ayrıldığını bildirib və məzunların ölkələrası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra proqramın növbəti məzunlarına, Nərmin Əsədovaya, Nisə Əliyevaya, Malik Ramazanzadəyə, Aysel Kiçikbəyovaya və Nigar Namazlıya “ikili diplom”lar təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1778