Üç ölkənin XİN rəhbərləri bir araya gəlir
17:28 03 Dekabr 2016
"Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb. Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik".
Femida.az -ın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistana arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: "Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır".
Femida.az
Oxunub: 2709
Oxşar xəbərlər
- Üç uşaq anası özünü asdı
- Ucarın 11 kəndi içməli su ilə təchiz edilib
- Ucarda gərgin anlar - Damarlarını kəsdi
- Üç dövlət qurumuna yeni rəhbər təyin edildi
- Ucarda ev yandı - 2 nəfər xəsarət aldı
- Ucarda qəza: Piyadanın vəziyyəti ağırdı
- Üçtərəfli görüş başlayıb - Üç nazir bir araya gəldi
- Ucarda qəza - ölən var
- Ucarda pambıq tayası yanıb
- Ucarda tövlə yandı