Vətəndaşlar nazirin görüşünə getdi


15:50     09 Dekabr 2016 nazir%20azad%20rehimov.JPG

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.


Femida.az -ın xəbərinə görə, 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı üçün kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub. Müraciətlər gənclərin Qeyri-Hökumət Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və s. mövzuları əhatə edib.

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1127