Ərdoğanın kortejində qəza - yaralananlar var


18:39     09 Dekabr 2016 araccc3.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən avtomobil korteji qəzaya düşüb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı prezident mühafizəçilərinin avtomobili əzilib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Qəzanın hansı şəraitdə baş verməsi haqda əlavə məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 6391