Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı


23:55     07 Aprel 2017 erebler%20qezaya%20dusdu8.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Adanada qatılacağı açılış mitinqinə getmək üçün yola çıxan avtobus qəzaya uğrayıb.


Femida.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, avtobus yoldan çıxaraq aşıb, qəza zamanı 3 gənc həyatını itirib, 16 nəfər də yaralanıb. Qəzaya səbəb yolun yağış səbəbindən sürüşkən olması olub. Ölənlərin tələbə olduğu deyilir. Yaralılardan bəziləri ağır durumda olduğu üçün ölənlərin sayının çoxalacağı ehtimal olunur.

Eyni bölgədə daha iki maşının da sel sularına məruz qaldığı deyilir.

Açar sözlər:

Oxunub: 1489