Ərdoğanın baş müşaviri istefa verdi
22:56 19 Oktyabr 2017
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) baş müşavir Şaban Dişli vəzifəsindən istefa verib.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 avqustda Ərdoğanın partiyada özün müşavir təyin etdiyi Ş.Dişli vəzifəsini uzun müddət icra edə bilməyib.
Məlumat üçün bildirək ki, Ş.Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli 2016-cı ildə hərbi çevrilişə cəhd zamanı əsas simalardan biri olub. M.Dişli hazırda həbsdədir.
Buna baxmayaraq gözlənilmədən baş müşavir təyin edilən Ş.Dişli, partiya daxilində və mətbuatda müzakirə mövzusuna çevrilmişdi.
Məhz buna görə narahatlığını dilə gətirən Ş.Dişli, təyinatına görə həm prezidentin, həm də AKP-nin təzyiq altında qalmaması üçün vəzifədən ayrıldığını açıqlayıb.
Femida.az
Oxunub: 738
Oxşar xəbərlər
- Ərdoğanın müşaviri istefa verdi
- Ərdoğanın Azərbaycana səfəri başa çatıb
- Ərdoğanın çağırışı Avstriyanı narahat etdi
- Ərdoğanın mühafizəçiləri Almaniyaya buraxılmayacaq
- Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı
- Ərdoğanın ad günüdür - İlham Əliyev zəng etdi
- Ərdoğanın oğlu “Palmali“yə kirayə verdiyi tankerləri satıb
- Ərdoğanın kortejində qəza - yaralananlar var
- Ərdoğanın şəxsi pilotu FETÖ-çü çıxdı
- Ərdoğanın müşaviri: `ABŞ qan tökməyə son qoymalıdır`