Şəkidə bir ailə evsiz qaldı


21:09     11 Dekabr 2016 azvisionyangin067.jpg

Bu gün Şəki rayonu, Aşağı Göynük kəndində vətəndaşa məxsus ev və talvar yanıb.


Femida.az --ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 932