Füzulidə yanğın, 86 yaşlı kişi öldü


13:15     12 Dekabr 2016 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Bu gün Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.


Femida.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhdlərinə baxmayaraq, 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1187