Yollarda sürət həddi endirildi - Sürücülərin nəzərinə


14:02     15 Dekabr 2016 yollara%20qum%20duz.jpeg

Bakının əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib.


Femida.az -ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu addım Bakıda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar atılıb.

Məlumatda qeyd olunur ki, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər

Femida.az

Açar sözlər:

Oxunub: 1000