Yollarda sürət həddi artırıldı


13:41     16 Dekabr 2016 yagisli_yol_suret_heddi_0122.jpg

Paytaxt yollarında sürət həddi artırılıb.


Femida.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin lent.az-a verdiyi məlumata görə, dünən paytaxtda müşahidə edilən faktiki hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilmişdi.

Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1212